SON XƏBƏR

İqtisadçıdan Sahibkarlığın İnkişafı Fonduna: "Araşdırsan arxasından məmur çıxacaq..."

Aprel 18
20:57 2023
İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondunun hesabatından yazıb. 

O qeyd edir ki, fondun hesabatında 946 milyon 58 min manat kredit portfelinin 74,4 faizi iri həcmli kreditlər (1 milyon 1 manatdan 10 milyon manatadək), 14,5 faizi orta həcmli kreditlər (50 min 1 manatdan 1 milyon manatadək), 11,1 faizi kiçik həcmli kreditlər (50 min manatadək) kimi rəsmiləşib: 

"İri həcmli kreditlərin 24,8 faizinin, orta həcmli kreditlərin 19,2 faizinin, kiçik həcmli kreditlərin 44 faizinin problemli kredit olduğu bəyan edilib. Faiz nisbətində çox görünsə də, kiçik kreditlər üzrə problemli kredit məbləği cəmi 45,9 milyon manatdır. Problemli kreditlərin 174 milyon 380 min manatı iri həcmli kreditlərdir".

"Sahibkarlığın İnkişafı Fondu zəhmət çəkib açıqlasın ki, bu iri "sahibkarlar” kimlərdir, hansı şirkətlərdir, kimlərə bağlıdır, nədən bu qədər borcu qaytarmayıblar? Camaatın banklara 100-200 manat borcu qalanda məhkəməyə verirlər, amma 175 milyon manata yaxın borc qaytarmayan "biznesmenlərə” gözün üstündə qaşın var deyən yoxdur. Dərindən araşdırsan, hamısının arxasından məmur çıxacaq”, - deyə Natiq Cəfərli bildirib. 
 
Mənbə: Arqument.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook