SON XƏBƏR

İordan çayının Qərb sahilində İsrail hərbiçiləri ilə toqquşmalarda 200 fələstinli xəsarət alıb

Noyabr 12
17:19 2015
İordaniya çayının Qərb sahilində fələstinlilərin Yasir Ərəfatın vəfat günü ilə əlaqədar nümayişində İsrail əsgərləri ilə münaqişə yaşanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərinə görə, toqquşma nəticəsində 200-dən çox fələstinli xəsarət alıb. Fələstin səhiyyə nazirliyinin məlumatına əsasən, 30 nəfər müxtəlif növ silahlardan açılan atəş nəticəsində, 85 nəfər rezin güllələrdən xəsarət alıb, daha 100-ə yaxın etirazçı isə gözyaşardıcı qazdan zəhərlənib.
 
Noyabrın 11-də İordan çayının Qərb sahilində Fələstin milli muxtariyyətinin ilk lideri, Nobel Sülh mükafatı laureatı Yasir Ərəfatın ölüm gününü qeyd ediblər.
 
Xatırladaq ki, Yasir Ərəfat 2004-cü ildə Parisdə hərbi hospitalda vəfat edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook