İntihara cəhd edən şəhid anası icra başçısına qayğıya görə minnətdarlıq etdi
Oktyabr 27
09:09
2021
Şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədovnın Gəncə Şəhər icra Hakimiyyətində qəbula düşə bilmədiyi üçün intihara əl atması barədə məlumat yayılıb.
Gəncə Şəhər İcra Hakimiyyəti isə yayılan xəbəri təkzib edib.
İcra Hakimiyyətinin Gününsesi.org saytında yayımlanan açıqlamasında deyilir:
"Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.
Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilmiş, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilmişdir.
Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur".

Qeyd edək ki, sosial şəbəkələrdə Gənc Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransada qızına 30 milyonluq malikanə aldığı barədə məlumatlar yayılıb. Şəhid anasının intihar etməsi xəbərini təkzib edən Gəncə Şəhər İcra Hakimiyyəti bu məlumata münasibət bildirməyib.
Qlobal.az