SON XƏBƏR

İntihara cəhd edən müəllimdən ilk açıqlama: `Anar Qədiməliyev məni hədələtdirir`

İyun 24
10:16 2022
Dünən çox sayda dərman qəbul edərək intihara cəhd etmək istəyən Gəncə İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd etməsinin səbəbləri barədə danışıb.

Qlobal.az-ın məlumatına görə, o, Publika.az-ın yerli bürosuna bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasıdır:

"Məni özü çağırmır, amma,Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-ı məzuniyyətə çıxacağam, 7-i isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, yox, elə bu dəqiqə ərizəni yazmalısınız. Yerimə namizəd də tapıblar. Bu, məktəbdə təşkilatçı işləyən, tədris müəssisəsinin keçmiş direktoru Müsəddin Məmmədovun gəlini Nüşabə Məmmədovadır".

Məlumat üçün qeyd edək ki, M.Qarayeva 2011-ci ildən İ.Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru işləyir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook