SON XƏBƏR

İnsanlar banklardan hansı məqsədlə kredit götürürlər? – Son rəqəmlər

Avqust 22
15:27 2022
Bu ilin ilk 7 ayının nəticələrinə görə, Azərbaycanda banklar tərəfindən 18 milyard 487,4 milyon manat kredit verib. 

Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə görə, ilin əvvəlindən ötən 7 ay ərzində bankların kredit portfeli 1 milyard 828,3 milyon manat artıb.

Kreditlərin 10 milyard 497 milyon manatını biznes kreditləri, 5 milyard 315 milyon manatını istehlak kreditləri, 2 milyard 675,4 milyon manatını ipoteka kreditləri təşkil edib. Son 7 ay ərzində biznes kreditləri 7,7%, istehlak kreditləri 17,6%, ipoteka kreditləri isə 11,4% artıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook