SON XƏBƏR

İnnovativ təşəbbüslü rektor deputatın şirkətinə 176 minlik tender verdi

Yanvar 08
02:37 2025
Bakı Mühəndislik Universiteti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, Universitetin 2024-cü ilin dekabr ayının 12-də "Elmi tədqiqat laboratoriyaları üçün avadanlıqların satınalınması" lotu üzrə sifarişçi keçirdiyi satınalmanın məbləği 176.818 manat təşkil edib. 
 
Satınalmada "Ultra Technologies” MMC qalib elan olunub.
 
"Ultra Technologies” MMC 2000-ci ildə təsis edilib. 
 
Şirkətin hüquqi ünvanı hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48, qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. 
 
Məlumatlara görə "Ultra Technologies” MMC Milli Məclisin deputatı Tahir Mirkişiliyə məxsusdur.
 
Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyevdir.
 
Y.Piriyev 2023-cü ildə rektor təyin edilib. 
 
Y.Piriyev təhsil cameəsində və akademik kluarlarda innovativ təşəbbüsü olan rektor kimi xarakterizə edilir.
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook