İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin olunub
Yanvar 16
10:41
2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Bununla yanaşı, F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb. İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi, həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara malikdir.
2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
Bu vəzifəyə Fərid Osmanov təyin olunub.
F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi. Onun rəhbərliyi dövründə Agentlik tərəfindən rəqəmsal hökumət quruculuğu, innovasiya ekosisteminin inkişafı və İKT üzrə insan kapitalının formalaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb.
İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırıb və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin növbəti dövründə sədrlik Fərid Osmanova tapşırılıb.
O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.
Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.