SON XƏBƏR

"İnkivizasiya” (57-ci azərbaycanlıya)

Fevral 18
13:41 2023
"İnkivizasiya” 

(57-ci azərbaycanlıya)

Nə vaxtsa mənim də oğlum olacaq
Bəlkə də o
Nifrət etdiyim bir qadından doğulacaq
Uşaqlıq şəkilim yapışdırılmış albomda
Bir anda böyüdüyüm kimi
O da bir anda böyüyəcək

Sonra bir qızı sevməyə başlayacaq...

Sevgiyə ilk aparacaq yol
Romantik şeirlərin sətirlərindən keçir
Bir də hansısa qızı
Qeyri-müəyyənlikdə yaxalamaqdan 
Ancaq mən sevməyi
Atamla-anamın yataqdakı pıçıltısından öyrəndim

Sevişmək başqadır oğlum sevmək başqa
Adamlar qocaldıqca daha çox sevirlər
Və yaxud sevdikcə daha da qocalırlar
Bir sözlə
Sevgiylə qocalıq
Tərəzinin daşsız gözləridir

... bəlkə də sən
Atanın şeirlərini oxuduqca duyacaqsan ki
Dar ağacından asılan kəndirlər
ədalətin və sevginin yeganə simvoludur

adamların qucaqlaşmaqları isə
ayrılığa edilən təzimdir.
 
Müəllif: Laçın Nəcəfzadə Bozkurd
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook