Çinin əhalisi 60 ildə ilk dəfə azalıb
Yanvar 17
10:30
2023
2022-ci ildə Çinin əhalisi 1,411 milyard nəfərə qədər azalıb ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır.
"Report” xəbər verir ki, bu barədə yerli KİV Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatlarına istinadən məlumat yayıb.
2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb.
Ötən ilin nəticələrinə görə, cins nisbəti 104,69-dur, yəni hər 100 qadına demək olar, 105 kişi düşür. Kişilərin sayı 722,06 milyon nəfər, qadınlar isə 689,69 milyon nəfərdir.