SON XƏBƏR

Çingiz Qənizadə: Azərbaycanla bağlı proseslərə obyektiv yanaşılmalıdır

Avqust 17
23:08 2016
«ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı bir sıra hadisələrə yanaşması yanlışdır».
 
Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
 
Çingiz Qənizadə bildirib ki, bəzi QHT-lər başqa dövlətlərin marağına uyğun fəaliyyət göstərirlər. Onun sözlərinə görə, vergidən yayındığına görə qanuni olaraq məsuliyyətə cəlb edilmiş şəxslərlə bağlı məsələni siyasiləşdirmək doğru deyil.
 
«Hər bir qeyri-hökumət təşkilatları və digər təşkilatlar cəmiyyət və yoxlayıcı orqanlar üçün açıq olmalıdır. Əgər kimsə qanunun tələblərini pozursa, qanunvericiliklə məsuliyyət daşıyır. Bu baxımdan, ABŞ Dövlət Departamentinin bəyanatları obyektiv olmalıdır»- deyə, Ç.Qənizadə qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook