İngiltərə bütün ölkələri qırmızı siyahıdan çıxardı
Oktyabr 29
16:03
2021
İngiltərə mayın 17-də qırmızı siyahıya saldığı son 7 ölkəni siyahıdan çıxarıb.
Qaynarinfo xəbər verir ki, yekun qərarla, bütün Covid-19 peyvəndlərini tamamlayan sərnişinlər Ekvador, Dominikan Respublikası, Kolumbiya, Peru, Panama, Haiti və Venesuela ölkələrindən Böyük Britaniyaya gəldikdə karantində qalmalı olmayacaqlar.
Lakin qırmızı siyahı tətbiqi tam ləğv olunmayıb. Beləliklə, hökumət riskli hesab etdiyi ölkəni yeniləmə zamanı yenidən qırmızı siyahıya sala biləcək.
Son 7 ölkənin siyahıdan çıxarılması bazar ertəsi Böyük Britaniyanın dörd regionundan üçündə, İngiltərə, Uels və Şotlandiyada qüvvəyə minəcək. Şimali İrlandiyanın da bu qərarı tezliklə həyata keçirəcəyini açıqlayacağı gözlənilir.