İnfeksionist: “Hazırda Azərbaycanda respirator infeksiyalar geniş yayılmayıb”
Oktyabr 20
15:57
2021
"Payız və qış fəslində mövsümi xəstəliklərin yayılması təbiidir. Hazırda respirator infeksiyaların rast gəlmə tezliyi əvvəlki illərdən heç də çox deyil. Hətta keçən il bu sahə üzrə xəstələnmə ötən illərdəkindən az olub”.
"Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.