İndoneziya İsrail vətəndaşlarına viza verilməsini dayandırdı
May 24
02:36
2018
İndoneziya İsrail vətəndaşlarına ölkələrinə gəlməyi qadağan edib.
Musavat.com-un məlumatına görə, İndoneziya hökumətinin bu qərarı verməsinə səbəb olaraq Qəzza zolağında baş verənlər göstərilir. Bu barədə İsrail XİN sözçüsü Emanuel Nahşon açıqlama verib. O, qeyd edib ki, Qəzzada baş verən hadisələrlə bağlı İndoneziya israillilərə viza verilməsini dayandırıb və İsrail vətəndaşlarının bu ölkəyə girişini qadağan edib.
Qeyd edək ki, iki ölkə arasında rəsmi diplomatik əlqələr olmasa da, iqtisadi əlaqələr var. İsraillilər İndoneziyaya iş və turist vizası ilə giriş edə bilirdilər.