"İndi də qızımı şantaj edir" - İş adamının keçmiş həyat yoldaşı hədələri dayandırmır
Sentyabr 16
12:46
2020
İş adamı olan ərinə qarşı dələduzluq etməkdə suçlanan Təyminə Yusifova aldığı cəzadan ən yuxarı məhkəmə instansiyasına da müraciət edib.
Musavat.com xəbər verir ki, keçmiş ərinin evini sataraq dələduzluq etdiyi üçün həbs edilən Təyminə Yusifova məsuliyyətdən yayınmaq üçün pulları falçıya verdiyini demişdi. Falçı kimi isə Səkinə İsmayılovanı hədəf göstərmişdi. Özü həbsdə olan Təyminə Yusifova Səkinə İsmayılovanın da həbsinə nail olmuşdu.
İndi isə məhkəmələrdə ittiham olunan tərəflər dəyişib. Bu dəfə Təyminə Yusifova hakim önündə Səkinə İsmayılovaya cavab vermək məcburiyyətindədir.
Musavat.com xəbər verir ki, Təyminə Yusifova keçmiş əri, tanınmış biznesmen Barat Abdullayevin əmlakını ələ keçirmək üçün saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilərək həbs edilmişdi.
Barat Abdullayev
Məhkəmə prosesində Təyminə Yusifova iddia edirdi ki, həmin pulu Səkinə İsmayılova adlı falçıya verib. Ailə üzvlərinin, övladının gələcəyindən, öləcəyindən ehtiyat edən Təyminə Yusifova falçıya külli miqdarda pul verdiyini iddia edirdi. Həmin vaxt T.Yusifova 8 il müddətinə azadlıqdan məhrum edildi. 2 il sonra isə əfv sərəncamı ilə azadlığa çıxdı.
Səkinə İsmayılova isə Təyminənin ifadəsi əsasında həbs edildi. Amma məhkəmə onun barəsində bəraət hökmü çıxardı.
Hər iki şəxs azadlığa çıxdıqdan sonra Səkinə İsmayılova Təyminəni məhkəməyə verib və ona böhtan atmasından şikayətçi olub. Bu dəfə Təyminə Yusifova bilə-bilə yalan xəbərçilik etməkdə ittiham olunaraq məhkum olunub.
Təyminə Yusifova
Təyminə Yusifova cəzadan yayınmaq üçün xəstəxanaya müraciət edib. Səkinə İsmayılova isə Təyminə Yusifova tərəfindən hədələndiyini, övladının həyatının təhlükə altında olduğunu deyir.
Təyminə Yusifova azadlığın məhdudaşdırılması cəzasını icra etməmək üçün xəstəxanaya müraciət etmişdi. Yaşadığı yeri - Sumqayıtı tərk etməsi Səkinə İsmayılovanı qorxudur.
S.İsmayılovanın şikayətlərindən sonra Təyminə Yusifova 4 saylı Sumqayıt şəhər xəstəxanasından çıxarılıb. Onun xəstə olmadığı, yalandan xəstəxanaya yerləşdiyi məlum olub.
Səkinə İsmayılova
Hökmə əsasən, Təyminə Yusifovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Təyminə Yusifovanın üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması təyin edilib.
Amma T.Yusifova bununla razılaşmayaraq apellyasiya şikayəti verib. Onun şikayəti təmin edilməyib. Bundan sonra Ali Məhkəməyə üz tutan T.Yusifova burada da məhkəməni uduzub.
T.Yusifova bütün bunlara baxmayaraq, yenə də Səkinə İsmayılovanı hədələməkdə davam edir. Hətta T.Yusifova Ali Məhkəmədə qərarı dəyişdirəcəyini də deyirdi. Lakin məsələ mətbuatın gündəminə gəldikdən sonra Təyminə Yusifova qanunsuz hərəkətlərindən çəkinməli oldu. Çünki o, tanışları və adını çəkdiyi vəzifəli şəxslər vasitəsilə barəsində çıxarılacaq hökmü dəyişdirə biləcəyini deyirdi.
Bütün bu məhkəmə çəkişmələrinə daha biri əlavə olunub. Bu dəfə Təyminə Yusifova əlini bəraət almaqdan üzərək Sumqayıt Şəhər Məhkəməsinə üz tutub. T.Yusifovanın bu dəfəki tələbi barəsində çıxarılan hökmlə azadlığının məhdudlaşdırılması hissəsində dəyişiklik edilməsidir. O, Sumqayıt şəhərindən kənara çıxmaq istəyir.
Bu tələbdən də Səkinə İsmayılova narazı qalıb. S.İsmayılova deyir ki, T.Yusifova onu və qızını dəfələrlə hədələyib. S.İsmayılova iddia edir ki, T.Yusifova Sumqayıtdan çıxa bilmədiyi üçün ona və qızına hazırda təzyiq göstərə bilmir.
"Cəzasını çəkmək istəmir. Dəfələrlə məni hədələyib. İndi də qızımı şantaj edir",- deyə, S.İsmayılova şikayətində bildirir.

Qlobal.az