SON XƏBƏR

Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb

Yanvar 06
02:31 2025
Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.

Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook