SON XƏBƏR

Çində koronavirusdan ölənlərin sayı 636-ya çatdı, Yaponiya ikinci oldu

Fevral 07
11:26 2020
Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 636-ya çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə İdarəsi məlumat yayıb. Virusa yoluxanların sayının isə 31 min 161 nəfər olduğu qeyd edilib.

Çindən sonra virusun ən çox yayıldığı yer isə Yaponiyada bir sərnişin gəmisidir. Yokohoma limanında karantin altına alınan "Diamond Princess" adlı gəmidə epidemiyya yoluxanların sayı 61-ə çatıb. İçərisində 3700 sənişin olan gəmi azı 2 həftə karantin altında saxlanılacaq. Ümumilikdə Yaponiyada isə bu virusu 81 nəfərin yoluxduğu bildirilir.

Uhanda hazırda 50 milyon insanın xarici dünya ilə əlaqəsi kəsilmiş vəziyyətdədir. Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhərdə vəziyyət olduqca ağırdır və istilik sistemləri ilə bağlı problem yaşanır.

Çin əhali arasında təşvişin artmasının qarşısının alınması üçün sosial şəbəkələri xüsusi nəzarət götürmək fikrindədir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook