Çində Asiya Boao Forumunun açılışı olub
Aprel 10
17:49
2018
Çinin Vanin şəhərində Asiya naminə Boao Forumunun illik konfransının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bu il forum "İnkişaf edən dünya üçün açıq və innovativ Asiya” mövzusuna həsr edilib. Açılışda dövlət başçıları, Asiyanın iri şirkətlərinin nümayəndələri, iqtisadçılar və ekspertlər iştirak ediblər.
Dörd gün davam edəcək forum çərçivəsində 65 "dəyirmi masa”da iştirakçılar qloballaşma prosesində dünyada inkişafın yeni meyillərini müzakirə edəcəklər.
Forumda əsas diqqət ona yönəldilir ki, Asiya dünyaya daha açıq olmalı, innovasiyalara daha çox fikir verməlidir. Çünki məhz innovasiyaların köməyi ilə daha çox irəliləyişə nail olmaq mümkündür.
Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxışında bu istiqamətə daha çox yer ayırıb. O deyib ki, açıqlıq inkişafa, qapalılıq isə tənəzzülə gətirib çıxarır. Si Cinpin Çinin sosializm modelinin məhz şəffaflıq prinsipi əsasında fəaliyyət göstərdiyini və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının dünyada ikinci olduğunu bildirib.
Dövlət başçısı açıq iqtisadiyyat strategiyasının davamı olaraq bir sıra addımların atılacağını söyləyib. O, Çinin avtomobil istehsalı sahəsinin də sərmayələr üçün açıq olacağını deyib. Bundan əlavə, Çin Xalq Respublikası Sədrinin diqqət yetirdiyi daha bir məsələ xarici tərəfdaşların intellektual mülkiyyətinin Çində qorunması ilə bağlı olub. O, bunun mexanizmlərinin ən yaxın zamanda işlənəcəyini deyib. Digər plan isə Çinin idxalı genişləndirməsi ilə əlaqədardır. Si Cinpin ötən il Çinə gətirilən maşınlara görə vergilərin azaldıldığını xatırladaraq bu ilin noyabrında idxal sərgisi keçiriləcəyini söyləyib.
Asiya Davosu adlandırılan forumun açılışında digər çıxış edənlər birgə məsuliyyət, əməkdaşlıq və dialoq məsələlərini önə çəkiblər.