SON XƏBƏR

İnam Kərimovun yeni kadrı məsləhəti anbardardan alır?

İyul 06
03:30 2021
Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsi ilə bağlı sosial şəbəkədə yeni məlumat yayılıb.

Qlobal.az xəbər verir ki, sosial mediada yazılanlara görə Mərkəzi Aran Regional İdarəsində bütün göstərişləri özünü "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun adamı kimi təqdim edən baş anbardar Vaqif İsmayılov verir.

Məlumatda qeyd edilir ki, Zamin Məmmədov yeni direktor təyin ediləndən sonra baş anbardar vəzifəsi alan Vaqif İsmayılov arxasında KTN-nin ən yüksək vəzifəli şəxslərinin,əsasən də "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasovun dayandığını açıq şəkildə deyir.
 
Qeyd edək ki, Vaqif İsmayılov 20 ildən çoxdur biznes fəaliyyəti ilə məşğuldur. Onun hazırda 100 ha yaxın torpaq sahəsi, yanacaq doldurma məntəqəsi, mal-qara ferması və bir neçə əlavə obyekti var. Yəni biznes fəaliyyətindən ayda 4-5 min manat qazanc əldə etməsinə baxmayaraq, gəlib əmək haqqısı 300-400 manat arasında olan baş anbardar vəzifəsində işləyir. İddialara görə bir müddət sonra Vaqif İsmayılovun Mərkəzi Aran Regional İdarəsinə rəhbər gətiriləcəyi deyilir.
 
Digər maraqlı məqam isə Vaqif İsmayılov Fəda Abbassovun onunla hesablaşdığını, lazımı məlumatları və məsləhətləri ondan alaraq qərarlar qəbul etməsidir. Maraqlıdır, görəsən "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Vaqif İsmayılovdan hansı məsləhətləri, məlumatları alır ki...
 
KTN-dən məsələ ilə bağlı münasibət öyrənə bilımədik.
 
Qarşı təırəf mövqe sərgiləyə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook