İnam Kərimovun kadrı sabiq rektoru Universitetə buraxmır - İddia
Noyabr 10
11:32
2022
Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi Zəfər Qurbanov sabiq rektor İbrahim Cəfərovun Universitetə buraxılmaması barədə göstəriş verib.
Qlobal.az xəbər verir ki, bu xəbəri DİA.az saytı yayıb.
ADAU-nun sabiq rektoruna tətbiq edilən qadağanın Zəfər Qurbanovun vəzifəyə təyin edildiyi ilk günlərdən başladığı deyilir.
İbrahim Cəfərov ADAU-nun rektoru vəzifəsindən azad edilsə də, universitetin müəllimi olaraq qalmaqdadır.
Zəfər Qurbanovun sabiq rektora qarşı atdığı bu addımın səbəbi açıqlanmır.
Qeyd edək ki, ADAU Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindəndir.
Qarşı tərəfdən məsələ ilə bağlı mövqe öyrənə bilmədik.
***
Qlobal.az Azərbaycan Dövlət Aqrar universitetindən məsələ ilə bağlı mövqe öyrənib. ADAU-dan yayılan xəbərin doğru olmadığını bildirdilər.
Qlobal.az



