SON XƏBƏR

Çin və Tayvan liderləri 1949-сu ildən bəri ilk dəfə görüşəcəklər

Noyabr 04
10:31 2015
Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək.
 
APA-nın məlumatına görə, bu barədə "The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb. Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür.
 
"Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığı təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib. Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook