Çin və Rusiya Trampın telefon danışıqlarını dinlənləyir
Oktyabr 26
14:12
2018
Çin və Rusiya agentləri ABŞ prezidenti Donald Trampın şəxsi telefon danışıqlarını dinləyir.
Bu barədə "New York Times" nəşri məlumat yayıb. Məlumatda iddia edilir ki, Tramp şəxsi iPhone-unun dinlənildiyi ilə bağlı dəfələrlə xəbərdarlıq almasına baxmayaraq, buna məhəl qoymur. Həmçinin köməkçilərinin onun telefonda danışarkən gizli məlumatları ifşa etmədiyinə ümid etdikləri qeyd olunur.
Telefonda dövlət sirlərini verməsə belə prezidentin tədbirlər planı, məqsədi və görüşləri barədə lazımi məlumatların əldə edilə biləcəyi ehtimal olunur.
Məlumatı verən mənbələr eyni zamanda iddia edirlər ki, Çin telefon danışıqlarına qulaq asmaqla Trampın necə düşündüyünü, hansı müzakirələrlə ona təsir edilə biləcəyini və onun kimi dinlədiyini öyrənməyə çalışır.
Beləliklə də Çin Trampın daha çox kimlərlə danışdığını müəyyən edərək, ona təsir etmək istəyir.

(Qaynar.info)