Çin Uhanda karantin rejimini ləğv edir
Mart 24
10:14
2020
Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.
"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb.
Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.
Qeyd edək ki, Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 195 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 381 761-ə çatıb. Bunların 102 429 nəfəri sağalıb, 16 558 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.