"Çin süni intellekt yarışında ABŞ-yə qalib gələcək" - "Nvidia"nın rəhbəri
Noyabr 06
09:02
2025
Çin sənayedə daha az tənzimləmə və daha aşağı elektroenerji xərcləri səbəbindən süni intellekt yarışında ABŞ-yə qalib gələcək.
FT-nin xəbər verir ki, "Nvidia" şirkətinin baş direktoru əvvəllər ABŞ Prezidenti Donald Trampdan Çinə qarşı ixrac məhdudiyyətlərini qaldırmasını istəyib. Onun sözlərinə görə, Amerikanın ən son süni intellekt modelləri Çin rəqiblərindən yalnız bir qədər irəlidədir. Xuanq qeyd edib ki, Amerika hakimiyyəti ABŞ şirkətlərinin qlobal bazarlarda lider mövqelərini qoruyub saxlamasına imkan vermək üçün ixrac məhdudiyyətlərini yumşaltmalıdır. İş adamı vurğulayıb ki, belə bir ssenaridə digər ölkələr Amerika texnologiyasından asılı olacaq.
"Report"un məlumatına görə, bunu Amerikanın aparıcı çip təchizatçısı "Nvidia" şirkətinin baş direktoru və təsisçisi Jensen Xuanq bildirib.
"Çin süni intellekt yarışında qalib gələcək", - o, Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib. O, əlavə edib ki, ABŞ yeni süni intellekt qaydalarını tətbiq edərkən, Çin subsidiyalar sayəsində pulsuz enerjiyə malik olub.
Keçmiş prezident Co Baydenin (2021-2025) administrasiyası dövründə ABŞ Amerika şirkətlərinin Çinə qabaqcıl prosessorlar tədarükünü qadağan edib. Sənaye liderlərindən biri olan "Nvidia" Çin şirkətlərinin ehtiyaclarını ödəmək və ixrac məhdudiyyətlərinə riayət etmək üçün hazırlanmış ixtisaslaşdırılmış mikroçiplər hazırlayıb, lakin Qərb mediasının məlumatına görə, Pekin Çin istehsalçılarını onlardan istifadə etməməyə çağırıb.



