SON XƏBƏR

Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa çağırdı

Sentyabr 21
15:29 2022
Çin Rusiya və Ukraynanı atəşi dayandırmağa və münaqişəni dialoq yolu ilə həll etməyə çağırıb. Bu, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanına Pekinin rəsmi reaksiyası olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sentyabrın 21-i səhər Putin Rusiya xalqına qismən səfərbərliyin başlanması ilə bağlı müraciət edib. Rusiya prezidentinin çıxışından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu 300 min çağırışçının cəbhəyə göndərilməsi planlarını açıqlayıb. Onun sözlərinə görə, qismən səfərbərlik ümumi səfərbərlik resursunun 1%-ni əhatə edəcək, ümumi səfərbərlik resursu 25 milyon nəfər təşkil edir. İlk növbədə, Rusiya hakimiyyətini "xidmət keçmiş, xüsusi hərbi ixtisası, döyüş təcrübəsi olanlar” maraqlandırır, - Şoyqu izah edib. - Hərbi xidmətdə olanların hamısı "xüsusi hərbi əməliyyat” zonasına göndərilməyəcək". 

Rusiya prezidenti daha əvvəl Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Çinin rəhbəri Si Szinpin arasında keçirilən görüşdə Ukraynadakı müharibədən danışarkən "Biz sizin suallarınızı və bu məsələ ilə bağlı narahatlığınızı anlayırıq” deyib. Qərb bunu Ukrayna münaqişəsində indiyədək neytral mövqedən çıxış edən Pekinlə Moskva arasındakı fikir ayrılığının ilk ictimai etirafı kimi qiymətləndirib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook