"Çin pandemiya fonunda təbliğatı gücləndirir" - Almaniya kəşfiyyatı
Aprel 13
12:00
2020
Çin SARS-CoV-2-nin ortaya çıxdığı ölkə rolunu mübahisələndirməyə və özündə böhranın öhdəsindən gəlmiş və Qərbə yardım əlini uzadan ölkə obrazını yaratmağa çalışır.
"Report” xəbər verir ki, bunu "Welt am Sonntag” nəşri yazıb.
Məlumata görə, Almaniyanın Konstitusiya Mühafizəsi üzrə Federal Xidməti rəsmi Pekinin pandemiya dövründə koronavirus ətrafında təbliğatı gücləndirdiyini açıqlayıb.
Çinin xüsusi xidmət orqanlarının ümumiyyətlə yüksək aktivlik göstərdiyi bildirilir. Nəşrin məlumatına görə, bura həm də almaniyalı siyasətçiləri "lobbiçi” olaraq cəlbetmə cəhdləri də daxildir.
Xatırladaq ki, koronavirus infeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 880 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.