İmran Xan öldü - Həbsxanaya ordu yeridildi
Noyabr 26
15:24
2025
Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan müəmmalı vəziyyətdə öldürülüb.
Sabiq baş nazirin meyitinin həbsxanadan çıxarıldığı iddia edilir. KİV bundan sonra İmran Xanın sədri olduğu Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) silahlı üzvlərinin bundan sonra onun saxlanıldığı Adiala həbsxanasına hücuma cəhd etdiyini bildirir.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan baş naziri olub. 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə 14 il həbs cəzası alıb. (teleqraf)
Bu barədə "Afghanistan Times” qəzeti Pakistan mənbələrinə istinadla məlumat yayıb.
Pakistan hökumətinin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi deyilir.



