SON XƏBƏR

İmplantoloq Məhəmməd Əhmədov qanunsuz fəaliyyət göstərir?

İyul 12
08:38 2025
Məlumata görə,  Məhəmməd Əhmədov  "Stomatoloq.Mehemmed”  adı ilə sosial şəbəkələrdə  qeyri-qanuni tibbi fəaliyyət göstərdiyi iddia olunur.

media-501
 
XALQ-a daxil məlumatda bildirilir ki, adıçəkilən şəxs Loft Dent kimi tanınan və Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında,   yerləşən stomatoloji məkanda üz-çənə cərrahı və implantoloq kimi fəaliyyət göstərir.

Lakin yayılan məlumatlara əsasən, həmin şəxsin stomatoloji fəaliyyət göstərməsi üçün ali tibbi təhsil  və icazə sənədləri mövcud deyil.

Belə ki, araşdırmalarımız nəticəsində  "Stomatoloq.Mehemmed”  Məhəmməd Əhmədovun Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında məlumat olmadığı və  tibbi fəaliyyət haqqında sertifikasiyası məlumatı mövcud deyil.

media-504
 
Mütəxəssislər bu cür halların vətəndaşların sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi son dövrlərdə saxta stomatoloq və kosmetoloqlarla bağlı araşdırmaları gücləndirib. İddialar doğrudursa, bu, təkcə etik və tibbi yox, həm də hüquqi pozuntu kimi qiymətləndirilməlidir.

Bu cür fəaliyyətlərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi və prokurorluq orqanlarının dərhal rəsmi şəkildə araşdırmaya başlaması cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir.

media-500
 
Məlumatla bağlı "doktor” Məhəmməd Əhmədovla əlaqə yaratmaq mümkün olmadı
Yazıda qeyd olunan iddialarla bağlı Məhəmməd Əhmədovunda fikirlərini dərc etməyə hazırırq.
 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook