SON XƏBƏR

İmişlidə pendir istehsalı zavodu tikiləcək

Fevral 18
16:34 2016
Niderlandın "Scherjon” şirkəti İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlayıb.
 
Fins.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Şeryon Hilko vergilər naziri Fazil Məmmədovla görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühitin mövcuddur, investorların hüquq və mənafeləri qorunur, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılıb. Buna görə də, "Scherjon” şirkəti Azərbaycana investisiya qoymağa maraq göstərir.
 
"Scherjon Dairy Equipment Holland BV” şirkətinin təqdim etdiyi avadanlıqlarda "Gouda” və "Edam” növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihə gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook