SON XƏBƏR

​İmişlidə oğlunun toyu ilə sakinlərə ŞOK yaşadan biznesmenin kimliyi bilindi - VİDEO

Dekabr 12
00:58 2016
İmişli şəhərində gecə yarısı oğlunun toyunda atəşfəşanlıq etməklə sakinləri yuxudan oyadan iş adamının adı məlum olub.
 
Missiya.Az-a yerli sakinlərin verdiyi məlumata görə, Rusiyada yaşayan Qurban adlı biznesmenin oğlunun toy mərasimində məşhur müğənni Əflatun Qubadov və muğam ifaçısı Elnarə Abdullayeva da iştirak edib. Toy dekabrın 7-də İmişli şəhərindəki "Nərgizim” şadlıq sarayında baş tutub.
 
Şahidlərin dediklərinə görə, təxminən, yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Adamlar yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub.
 
Sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Təkcə "Bəy-gəlin maşını”na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir.
 
Elə havaya, dəyəri minlərlə manat hesablanan "raketlər” də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub, toy sahibi ilə uzun-uzadı davam edən danışıqdan sonra "atəş” dayandırılıb. Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israfçılıq qınaq obyektinə çevrilib.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook