İmişli Şəkər Zavodunda kütləvi ixtisar?
Dekabr 19
11:19
2015
"Azərsun Holdinq”ə daxil olan Imişli Şəkər Zavodunun 170 nəfər işçisi ixtisara salınıb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. "Azərsun Holdinq”in Ictimaiyyətlə Əlaqələr və Biznesin Inkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov isə "Azadlıq”a açıqlamasında bildirib ki, sadəcə suppodratçı şirkətlərlə müqavilə başa çatıb:
"Tikinti layihələri var idi, onlar başa çatıb. Təbii olaraq da, suppodratçı şirkətlərlə iş bitib. Burada söhbət həmin şirkətlərin əməkdaşlarından gedə bilər. Zavodda isə ixtisar aparılmayıb. Doğrudur, vəziyyət ürəkaçan deyil, böhrandır. Lakin biz mübarizə aparırıq, işçilərimizi itirmək istəmirik. Onu da qeyd edim ki, yayılan məlumatda rəqəm bir qədər şişirdilib”.
Başqa məlumata görə, "Bank Standard”ın da xeyli işçisi ixtisara salınıb.