İlyas İsmayılov: "Mən Etimadı qoruya bilərdim…"
Sentyabr 21
00:36
2018
"Mən bu xəbəri kədərlə, acı çəkə-çəkə qəbul etdim. Bu, mənim üçün çox böyük itkidir".
Qlobal.az virtualaz.org-a istinadən bildirir ki, bunu oğlu Etimad İsmayılovun qətli haqda informasiyanı şərh edərkən sabiq baş prokuror İlyas İsmayılov deyib.
İ.İsmayılov qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vurub və deyib ki, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olub.
"Görünür, o, borcunu belə ödəyib", - İ.İsmayılov deyib.
Oğlunun Gözəl Dəmirovla ümumi biznesinin olub-olmadığı ilə bağlı suala cavabında İlyas İsmayılov bildirib ki, Etimad onu öz işlərinə qatmayıb: "Əks halda mən öz oğlumu qoruya bilərdim".
Xatırladaq ki, qətl hadisəsi İstanbulun Florya rayonunda Etimad İsmayılovun ofisində baş verib. Dəmir Gözəlov ona üç dəfə atəş açıb. Başından 2 və ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov aparıldığı xəstəxanada vəfat edib.
Qlobal.az