İltizam Əkbərli şəraitdən narazıdır
Oktyabr 14
11:51
2015
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olan İltizam Əkbərli namizədlərə yaradılmış seçkiqabağı təbliğat kampaniyasının şərtlərindən narazıdır.
Bu barədə fikirlərini Musavat.com-la bölüşən İ.Əkbərli deyir: "Deputatlığa namizədlərin seçicilərlə ğörüşünə oktyabr ayının 9-dan başlanılsa da, İmişli rayonunun başçısı Vilyam Hacıyev mümkün görünən bütün vasitələrlə bu görüşləri məhdudlaşdırmağa çalışır. Seçki Məcəlləsinin 86.2-ci maddəsinə uyğun olaraq görüşlər üçün müvafiq yerlər ayıran başçı əslində əhalinin aktiv hissəsinin yaşadığı ərazidə faktiki olaraq, bu görüşləri qadağan edibdir. 79 saylı dairənin 43 məntəqəsinin 15-i rayon mərkəzində yerləşir. Ancaq bu 15 məntəqənin seçiciləri deputatlığa namizədlə yalnız 2 yerdə - qapalı görüşlər üçün məntəqələrin əksəriyyətindən 1-2 km aralıda yerləşən Pambıq zavodunun iclas zalında, açıq görüşlər üçün isə rayon mərkəzindən təqribən 12 km kənarda yerləşən Qaradonlu kəndində görüş keçirə bilər. Sərəncamdan belə məlum olur ki, rayon mərkəzində yerləşən 15 məntəqənin hər birinin seçiciləri ilə ən azı bir görüş keçirmək üçün biz namizədlər avtobuslar kirayələməli, 12 km yol sürməli, uzaq bir kənddə 20-30 dəqiqəlik görüşdən sonra yenidən 12 km yol sürərək seçicilərimizi evlərinə qaytarmalıyıq".
Deputatlığa namizəd deyir ki, rayon mərkəzində görüş keçirmək üçün kifayət qədər əlverişli yer olmasına baxmayaraq, görüşlərin uzaq kənddə keçirilməsinə icazə verilməsi əslində bu görüşlərin qarşısının alınmasına xidmət edir: "Bu faktı başqa misallarla da təsdiq etmək olar. Rayon İH-nin başçısı öz sərəncamı ilə, məsələn, Otuziki kəndində seçicilərin namizədlərlə görüşünə icazə verməyərək, bu kəndin seçicilərinə görüş üçün 3 km aralıda yerləşən Muradallı kəndini məsləhət görübdür. Nurulu kəndinin seçiciləri də başçının sərəncamına uyğun olaraq, seçicilərlə görüşmək üçün bu qədər məsafə qət edərək Muradallı kəndinə gəlməlidir. Rayonun Çahar, Göhərli kəndinin seçiciləri isə öz namizədləri ilə görüşmək üçün 2-3 km məsafə adlayaraq Qaradonlu kəndinə gəlməlidir. Təbliğat müddətinin çox qısa olması, dairədə deputatlığa namizədlərin sayının çoxluğu, seçicilərin isə əksəriyyətinin işsiz, pulsuz olması səbəbindən seçicilərin belə uzaq məsafələrdə deputatlığa namizədlərlə görüşə meylli olmayacaqlarını nəzərə alsaq, rayon İH-nin başcısının bu qərarı əslində görüşlərin qarşısının alınmasına xidmət edir. Digər tərəfdən, rayonda belə görüşləri iqtidar namizədləri deyi, adətən müxalifət namizədləri təşkil etdiyindən, bu, əslində müxalifətdən olan namizədlərin seçicilərlə görüşünə qoyulan bir növ qadağadır. Və hesab edirəm ki, MSK bu məsələyə aydınlıq gətirməlidir".