SON XƏBƏR

İltizam Əkbərli cəzalandırıldı

Noyabr 11
08:26 2015
Müsavat partiyasının Divanı deputatlığa namizəd İltizam Əkbərlini cəzalandırılıb.
 
Qlobalinfo.az xəbər verir ki, bu barədə məlumatı partiyanın mətbuat xidməti yayıb. İ.Əkbərlinin cəza almasına səbəb Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına qarşı çıxması olub.
 
Məlumata görə, bu gün Partiya Divanın iclasını keçirib. İclasda 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin məsələsinə baxılıb. Divan üzvlərinin bəziləri İ.Əkbərlinin partiyadan xaric edilməsi, bəziləri isə ona töhmət verilməsi təklifləri ilə çıxış edib. Sonda Divan İ.Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook