SON XƏBƏR

İlqar Məmmədovla Razi Nurullayevin partiyaları qeydiyyata alındı

Sentyabr 01
15:06 2020
Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

Qlobal.az xəbər verir ki, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova - red.) qeydiyyat sertifikatı təqdim olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook