İlon Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib
Yanvar 30
09:53
2024
Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirib.
"Report" xəbər verir ki, bu barədə biznesmen sosial şəbəkədə bildirib.
Sahibkar əlavə edib ki, "Neuralink”in ilk məhsulu "Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
"İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, - deyə o sözlərinə əlavə edib.