SON XƏBƏR

İlon Mask son üç ayı haqda danışdı: "Heç kimə belə ağrı arzulamıram"

Fevral 06
11:25 2023
Sahibkar İlon Mask həyatının çətin üç ayından Twitter-də şikayətlənib. Bundan bir qədər əvvəl Wall Street Journal-ın səhifələrində "İlon Mask nə vaxt yatır?” materialı dərc edilib.

Qaynarinfo xəbər verir ki, iş adamının sözlərinə görə, son üç ay "dəhşətli dərəcədə çətin” olub.

Mask, Tesla və SpaceX-dəki vəzifələrini yerinə yetirməklə eyni vaxtda Twitter-i iflasdan "xilas etməli" olduğunu deyib.

"Heç kimə bu cür ağrı arzulamıram", - o deyib və ictimai dəstəyə görə təşəkkür edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook