SON XƏBƏR

İlon Mask mobil rabitədən imtina edəcək

Fevral 09
16:36 2024
Amerikalı milyarder İlon Mask mobil rabitədən imtina edərək, X sosial şəbəkəsində ünsiyyətə keçmək niyyətində olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, milyarder bu barədə öz hesabında məlumat verib.

"Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız X-dən mətn, audio və video zənglər üçün yararlanacam", deyə Mask bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, sahibkar İlon Maskın innovasiyasını dayandırmaq olmaz. Rusiya lideri Maskı ziyalı adlandırıb və milyarderlə razılaşmanın lazım olduğunu deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook