SON XƏBƏR

İllik ödənişi 22990 manat olan Bakı Fransız Liseyi bağlandı

İyun 28
01:00 2024
Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub. Bu barədə İqtisadiyyat.az məlumat yayıb.

Qeyd edək ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşib. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib. Tədris fransız dilində aparılıb.

Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:

Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.

Bağça 9680 AZN 5500 Avro
İbtidai məktəb 18150 AZN 10290 Avro
Kollec və Lisey 19480 AZN 11070 Avro
11-12-ci siniflər 22990 AZN 12030 Avr
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook