SON XƏBƏR

İlkin Rüstəmzadədən Bəxtiyar Hacıyevə ittiham: "Adam nə qədər əxlaqsız, ləyaqətsiz ola bilərmiş..."

Mart 03
15:33 2023
İctimai-siyasi fəal, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə həbsdə olan fəal Bəxtiyar Hacıyevi ittiham edib.

O, sosial şəbəkədən etdiyi paylaşımında Bəxtiyar Hacıyevlə bağlı bunları yazıb: "Bəxtiyarı küçə söyüşlərilə söyməmək üçün özümü zorla saxlayıram. Adam nə qədər əxlaqsız, ləyaqətsiz və dəyərsiz ola bilərmiş, İlahi. Və ən əsası, belə bir adamı biz necə müdafiə etmişik?

Bəxtiyarı müdafiə etdiyim, müdafiə etməyənləri qınadığım üçün hamınızdan üzr istəyirəm. Gələn dəfə kimisə müdafiə edəndə azı 10 dəfə düşünəcəm.

Bəxtiyarı bundan sonra müdafiə edən hər kəs elə Bəxtiyarın tayıdır. Ya əxlaqsızdır, ya da kimdənsə paket alır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook