SON XƏBƏR

İlk səfərdə imzalanan Əməkdaşlıq haqqında Bəyannamə də əlaqələrin konturlarının necə müəyyənləşdirildiyinin təsdiqidir

Aprel 06
12:00 2024
Bildiyimiz kimi, 4 aprel 2024-cü il tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfər edib. Rəsmi səfər çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri davamlı uğurlara imza atmasında əhəmiyyətli rol oynayır: "Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurub yeni istiqamətlər üzrə inkişaf etdirən Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Tarixi Zəfərimizdə Azərbaycanın dioplomatik uğurları əsas faktorlardan biridir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. 
     
Bu İlk səfərdə imzalanan Əməkdaş¬lıq haqqında Bəyannamə də əlaqələrin konturlarının necə müəyyənləşdirildiyinin təsdiqidir. Bu sə¬nəd həm də təsdiqləyir ki, bu iki dövlət arasında siyasi əlaqələr bundan sonra daha da inkişaf et¬di¬ri¬lə¬cək¬dir. Azərbaycan Respublikasının Presidenti cənab İlham Əliyev mətbuat bəyanatında bu və digər mə¬sə¬lələr haqqında danışaraq qeyd etdi ki, "Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır”. 
     
Azərbaycanın bu il mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.” Konqo Prezidenti ölkələrimiz arasında əlaqələri alqışladığını bildirərək, Azərbaycan rəsmilərini iqlim dəyişikliklərinə qarşı mübarizədə Konqonun yanında olmağa dəvət etdi. Azərbaycan-Konqo münasibətlərinin gələcək inkişafında əsas amil olan etimad mühitinin mövcudluğunu, səmimiyyəti, inamı  təsdiqləyən bu kimi məqamları xeyli sayda sadalaya bilərik. Təbii ki, Azərbaycan ikitərəfli əməkdaşlığa önəm verməklə yanaşı, etimadı möhkəmləndirməyi də siyasətinin əsas prinsipi kimi qəbul edir.    
 
Səfərin əhəmiyyətini artıran mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyan¬na¬mə”, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”,  "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage” neft emalı zavodunun təkmil¬ləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, "Azərbaycan Respublika¬sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” kimi sənədlərin imzalanması da təsdiq¬lə¬yir ki, bu səfər gələcəkdə daha məzmunlu olacaqdır.


Hüseyn Kərimov 
Salyan rayon Varlı kənd inzibati 
ərazi dairəsi üzrə nümayəndənin müavini



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook