SON XƏBƏR

“İlin adamı” və ən yadda qalan hadisəsi... - VİDEOSORĞU

Dekabr 27
20:12 2015
Bir neçə gündən sonra 2015-ci il də tarix olacaq. Ötən illərdən fərqli olaraq, 2015-ci ilin gündəmi həddindən artıq zəngin oldu. İnsanlar bir hadisənin şokundan çıxmamış növbət hadisələrin gərginliyini yaşadılar. İl ərzində mətbuatın gündəminə nəzər salsaq, xalqımızın bu il bir neçə dəfə matəmə qərq olduğunu demək mümkündür.
 
Bu kədərli hadisələrin fonunda bir neçə sevindirici olayların olması da istisna deyil. Son olaraq, bir-birinin ardınca, "MTN işi”, Nardaran hadisələri , "Günəşli” yatağında baş verən yanğın, daha sonra Yeni ilə bir neçə gün qalmış manatın 50 faiz devalvasiyaya uğramasını nəzərə alsaq, əhalinin Yeni ili hansı əhval-ruhiyyə ilə qarşılayacağını anlamaq olar.
 
Musavat.com il sonunda şəhər sakinləri arasında sorğu keçirərək 2015-ci ili ən çox hansı hadisə ilə xatırlayacaqlarını soruşduq. Həmçinin bütün bunların fonunda kimi "ilin adamı” kimi qiymətləndirdikləri haqqında vәtәndaşlarımıza sual verdik. Cavablardan məlum oldu ki, əhali nə yaşayış binasında baş verənləri, nə də neft yatağının yanması nəticəsində dünyasını dəyişənləri unutmayıb.
 
Lakin insanları ən çox təsirləndirən manatın ucuzlaşması olub. Sorğu iştirakçılarının əksəriyyəti "İlin adamı” kimi ölkə başçısı İlham Əliyevi qiymətləndirdiklərini dedilər.
Elşən adlı gənc bildirdi ki, 2015-ci il hüznlü il kimi yadda qaldı: "Əvvəlcə yaşayış binasıl yandı, sonra neft yatağı yandı və onlarla neftçi dünyasını dəyişdi. Bu il Azərbaycan üçün heç də uğurlu olmadı. Düzdür, yaxşı hadisələr də oldu. Lakin pis hadisələrin fonunda o yaxşılar heç yadımda qalmayıb”.
 
Başqa bir sorğu iştirakçısının cavabı isə belə oldu: "İlin hadisəsi dolların bahalaşması oldu. Bundan yadda qalan hadisə nə ola bilər? Hər şey bahalaşıb. Gəl indi bayram keçir, görüm necə keçirirsən?” Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook