“İlhamənin ölümü ilə bağlı əlimizdə sirlər var”
Mart 03
14:41
2016
Geri çəkilmək fikrimiz yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova "Bizimləsən” verilişində danışarkən deyib.
O, xalq artistinin ölümü haqda bəzi detalları açıb:
"Bu, qəfil ölüm deyil. İlhamə xanımın ölümünə səbəb olan amillər var. Hazırda istintaq gedir. Hər şey açılacaq. Geri çəkilmək fikrimiz yoxdur. Bizim əlimizdə elə dəlillər var… İstintaqın elə sirləri var ki, açıqlamaq olmur. Onun köməkçisi Mehriban Hüseynovanın da məhkəmə işi davam edəcək”.