SON XƏBƏR

İlhamədən oğlu ilə bağlı etiraf

Fevral 05
18:48 2016
Onlar başımıza oyun açdılar. Bu sözləri xalq artisti İlhamə Quliyeva oğlunun dostları haqda Axar.az-a danışarkən deyib. O, oğlunun ətrafından narazı olduğunu bildirib: "Heç bilmirəm bu nə işdir düşmüşəm. O qulluqçunun gündə bir fırıldağı çıxır ortaya. Oğlumu da tutdurmaq istəyirdi, amma bacarmadı. Bax, bunu açıq deyirəm, oğlumun çox pis ətrafı, dostları var. Oğlum onlardan qurtulsa, yaxşı olacaq”.
 
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlunun dostu Vüqar Bəkirov dələduzluq maddəsi ilə həbs olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook