İlhamə Quliyeva daha 50 il yaşayacaq...
Yanvar 24
09:48
2016
Xalq artisti İlhamə Quliyevanın səhhəti xeyli yaxşılaşıb.
Moderator.az xəbər verir ki, ATV-nin efirində yayımlanan "Hər axşam” verilişində qonaq olan Xalq artisti bildirib ki, həkimlər ona 40-50 il yaşayacağını bildirib.
İlhamə Quliyeva başına gələn hadisələrdən sonra evinə kameralar quraşdırdığını açıqlayıb:
"Qulluqçum Mehriban Hüseynovadan sonra ağıllandım, evə kameralar quraşdırmışam. Allah öldürsün onu, oğru, "maşennik”, məni zəhərləyən. Oturub indi Kürdəxanıda. Ya da hələ ölməsin, məhkəmədən sonra 10-15 il iş cəzası var qoy çəksin. 50 gün xəstəxanada yatdım mən. Böyrəyimin biri sıradan çıxmışdı, həkim Rəşad Şolan məni həyata qaytardı. Hər kəsə inanmaq olmaz. Amma əsas odur indi ayaq üstəyəm, həkimlər də mənə deyir ki, hələ 40-50 il də yaşayacaqsan”.
İlhamə Quliyeva bu yaxınlarda ətrafında olan qadın tanınmışlardan birinin də ona xəyanət etdiyini açıqlayıb:
"Ürəyim çox yumşaqdır, insanlara tez inanıram. Bir də görürəm ki, çörək verdiyim insanlar "maşennik”dir. Ətrafımda bu yaxınlara kimi bir maşennik fırlanırdı. Neçə illər çörəyimi yeyir, evimə gəlib gedir, qarşımda kişi şalvarı geyindiyi halda maşennikdir. Gözümün içinə utanır baxmağa, çünki o xəyanətkardır. Bu yaxınlarda evimdəydi həmin adam. Onu qovlamışam evimdən, adını çəkmək istəmirəm. Onun başına Allah bəla gətirəcək”.