SON XƏBƏR

"İlhamə bilirdi ki, ayaq üstə durmayacaq"

Fevral 27
15:02 2016
Xalq artisti Faiq Sücəddinov mərhum İlhamə Quliyeva ilə bağlı fikirlərini bölüşüb.
 
Axşam.az-ın məlumatına görə, bəstəkar "5/5" verilişində onun dünyasını dəyişəcəyini bildiyini deyib:
 
"Hər bir insanın həyatdan getməyi kədərdir. İlhamə xanım həmişə kiməsə "toylar kralı, şahzadə" titulları verirdi. Amma özünə doğrudan da gözəl ad qoymuşdu: Primadonna. İllər keçəcək, İlhamə, İlhamə Quliyeva, sənətkar, primadonna deyəcəklər. Amma unutmayaq ki, onun sənəti, özünəməxsus səsi var idi. Hər zaman fikirlərini mənlə bölüşürdü. O bilirdi ki, ayaqüstə durmayacaq. Mən onun bu halını 1 ay bundan əvvəl bilirdim. Böyrəyində problem var idi. Mənimlə danışanda dedi ki, mahnı gətir, tez yazaq. Deyirdi, mütləq oxuyacam".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook