İlham Təhməzov vaxtından əvvəl azadlığa buraxılıb
Mart 07
12:44
2022
Hüquqşünas və ictimai fəal İlham Aslanoğlu (Təhməzov) vaxtından əvvəl həbsdən buraxılıb.
Şəki Apelyasiya Məhkəməsi martın 5-də ictimai fəalın azad olunması haqqında qərar çıxarıb.
Bu barədə İ.Aslanoğlu özü "Turan”a danışıb.
Yanvarın 28-də Yevlax Rayon Məhkəməsi İ.Aslanoğlunu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə onu təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.
İş üzrə xüsusi ittihamçı 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyev olub. Ancaq apelyasiya instansiyasında xüsusi ittihamçı şikayəti geri götürüb.
Tahir Quliyev bildirmişdi ki, İlham Aslanoğlu sosial şəbəkələrdə 2017-ci ildə "Tərtər işi” üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə oğlu Vasif Quliyevin əli olması barədə bəyanat verib.
İ.Aslanoğlu "Turan”a bildirib ki, o, insan hüquqları sahəsində fəaliyyətini davam etdirəcək.
7 may 2017-ci ildə Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə bir qrup hərbçinin və mülki şəxsin saxlanıldığını bəyan edib.
Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Bir qrup şəxs müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, araşdırma zamanı ən azı 8 nəfər şübhəli bilinən şəxs işgəncələr nəticəsində ölüb.
Daha sonra ölənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdırmış müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının aprelin 13-də yaydığı bəyanatında qeyd olunurdu ki, "Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.
Bundan əlavə, iyunun 28-də İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
Sənəd müəllifləri "Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar. Bildirilib ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib: "Tərtər işi” üzrə dindirmələrdə onlarla hərbçiyə işgəncə verilməsi, onların bir hissəsinin işgəncə altında öldürülməsi ilə bağlı cinayət işinin icraatı təzələnib.

Bu barədə dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Qlobal.az