SON XƏBƏR

İlham Əliyevlə Ərdoğan Zəngilanda “Dost Aqropark”ın birinci mərhələsinin açılışında iştirak etdi

Oktyabr 20
15:48 2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.
 
Dövlət başçılarına kompleks barədə məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.

Sonra dövlət başçıları "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook