SON XƏBƏR

İlham Əliyevlə Ərdoğan Ermənistanla münasibətləri və Ukraynanı müzakirə etdi

Fevral 23
18:45 2022
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Qlobal.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.

İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook