İlham Əliyevin 3 ay öncə açılışını etdiyi park baxımsız vəziyyətə düşüb - FOTOLAR
İyul 24
12:17
2019
Bu il aprelin 18-də prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı hazırda baxımsız vəziyyətə düşüb.
Bu barədə demokrat.az məlumat yayıb.
Ərazidə yaşayan insanlar deyir: "Ölkə başçısının və Birinci xanımın açılışını etdiyi müasir və gözəl parka təəssüflər olsun ki, Suraxanı rayonu İcra Hakimiyyəti rəhbərliyi tərəfindən laqeyd münasibət göstərilir".
Onlar bildiriblər ki, baş verənlərə görə məsuliyyəti Sabunçu rayon İcra hakimiyyəti daşıyır: "Çünki parkda əkilən ağacların qorunmasına İcra Hakimiyyəti cavabdehdir. Burada yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb. Çox təəssüf ki, vətəndaşlar və müvafiq dövlət qurumları öz məsuliyyətlərini hələ də dərk etmirlər.

Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613, Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə isə 300 ədəd ağac əkilib.

Suraxanı Rayon İcra Hakimiyyəti demokrat.az-a bildirilib ki, parkda bir neçə ağacın quruması təbii haldır: "Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında baxımsızlıq ucbatından ağacların quruması ilə bağlı yayılan yazı ilə bağlı birliririk ki, isti yay aylarında bu il əkilən tinglərin bəzilərinin quruması təbii haldır. Bir neçə qurumuş ting artıq yeniləri ilə əvəz edilib".

Parka davamlı qulluq edilir, aqrotexniki qaydalara əməl edilir. Ağaclar və yaşıllıq vaxtlı-vaxtında suvarılır. Ümumilikdə parkda heç bir baxımsızlıqdan söhbət gedə bilməz. Neftçilər parkı sakinlərin və şəhərimizin qonaqlarının sevimli istirahət mərkəzinə çevrilib".

Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613, Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə isə 300 ədəd ağac əkilib.
Qlobal.az