"İlham Əliyevi təbrik edirəm, xalqımız ona və Yeni Dövlət Modelinə "HƏ" dedi..."
Sentyabr 27
20:19
2016
Sentyabr ayının 26-da respublikada keçirilən ümumxalq səsverməsinin- referendumun nəticələri ilə bağlı professor Qüdrət İsaqovun rəhbərlik etdiyi müstəqil ekspert qrupu yekun press-reliz yayıb.
Referendum öncəsi ölkənin müxtəlif yerlərində fərqli sosial təbəqələr arasında yeddi dəfə sorğu keçirmiş müstəqil ekspert qrupunun yekun press-relizini təqdim edirik:
Müstəqil Ekspert Qrupumuz sdentyabrın 26-da Sumqayıtın 73, Bakının Binəqədi
rayonunda 25 seçki məntəqəsində
referendumun gedişini izlədi. Referendumun sonuncu nəticələrini Ekspert
Qrupumuzun keçirtdiyi 7 sorğunun nəticələri ilə müqayisə edərək gördük ki,
referendumdun nəticələri bizim sorğularımızın nəticələrinə yaxındır.
Mətbuat vasitəsilə bəyan etmişdik ki, referendum səssiz-küysüz bir şəraitdə
keçəcək. Müsbət nəticələr 80%-in ətrafında olacaq. Həqiqətən də belə oldu. Referendum
sakit, səssiz-küysüz bir şəraitdə keçdi.
Xalqımiz İlham Əliyevin 7 illik mandatına indidən "HƏ" dedi
Xalqımız İlham Əliyevin gələcək 7 illik Prezidentlik mandatına indidən "HƏ" dedi. Referendumun yüksək nəticələri, xalqımızın məhz İlham Əliyevə görə referenduma gələrək, Konstitusiya dəyişikliklərinə səs verməsi Azərbaycan xalqının prezidentimizə böyük inamının nəticəsində oldu.
Xalqımız İlham Əliyevə və onun Yeni Dövlət Modelinə "Hə" dedi.
Təbiət də İlham Əliyevin tərəfində oldu
Referendumdan əvvəl yağan şıdırğı yağışlar dayandı. Gözəl bir gün oldu. Şıdırğı yağışlar olsaydı, məntəqələrə gələnlərin sayı xeyli az olardı. Gözəl günlü hava göstərdi ki, referendum günü təbiət də İlham Əliyevin tərəfində oldu.
Prezident İlham Əliyevi təbrik edirəm!
Referendumun təbliğat və təşviqat mərhələsində böyük işlər görən, 200 mindən çox seçicini refernduma çağıran, Müstəqil Ekspert Qrupumuz adından İlham Əliyevi ümumxalq səsverməsində- referendumda xalqımızın yenidən yüksək etimadını qazanması, onun Yeni Dövlət Modelinə xalqımızın "HƏ" deməsi münasibətilə təbrik edirəm.
İlham Əliyevə yüksək etimad göstərən Azərbaycan xalqına referendumun
xeyirli olması arzularıyla,

Prof.Dr. Qüdrət İsaqov
Qlobal.az



